Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Hərəkatının lideri İmran Xan Ravalpindi mərkəzi həbsxanasında saxlanılacaq.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Lahor şəhərinin polis rəisi Bilal Siddiq məlumat yayıb.
Onun sözlərinə görə, İslamabada gəldikdən sonra Xan Ravalpindi şəhərinin mərkəzi həbsxanasına aparılacaq.
Qeyd edək ki, İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media