Gürcüstanın Şavi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti məlumat yayıb.
Bildirilib ki, həlak olanlardan dördünün meyiti artıq tapılıb, digərlərinin axtarışı davam etdirilir.
Qeyd edək ki, baş vermiş təbii fəlakətlə əlaqədar bütün ölkədə avqustun 7-si matəm günü elan edilib.
Bizim.Media