Türkiyə Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində İsveçin paytaxtı Stokholmda ötən gün Quranı yandıran Bəhrami Mərcan haqqında həbs qərarı çıxarılıb.
Bizim.Media xəbər verir ki, Ankara 5-ci Sülh Cəza Məhkəməsi şübhəli Mərcan haqqında həbs qərarı çıxarıb.
Qeyd edək ki, bununla yanaşı Türkiyə Baş Prokurorluğu bu il bəzi Avropa ölkələrində Məhəmməd peyğəmbəri və dini dəyərləri təhqir edənlər, həmçinin Quranın yandırılması ilə bağlı araşdırmalara başlayıb.
Bizim.Media