“İranın ərazi bütövlüyü məsələsində heç kimə güzəştə getmərik. Rusiyanın izahatlarını yetərli hesab etmirik”.
Bizim.Media İRNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranda səfərdə olan Omanın xarici işlər naziri Seyid Bədr bin Həməd əl-Busaidi ilə birgə mətbuat konfransında deyib.
“Bu yaxınlarda İran Körfəzi Əməkdaşlıq Şurasının üç ada ilə bağlı İrana qarşı bəyanatlarından birinə bənd daxil edilib. Amma biz göstərdik ki, İranın ərazi bütövlüyü və milli suverenliyi ilə bağlı heç kimə güzəştə getmək fikrimiz yoxdur.
Rusiya səfirinin İran Xarici İşlər Nazirliyinə çağırılmasından sonra Rusiya rəsmiləri bununla bağlı izahatlar versə də, biz bunu yetərli hesab etmirik və İranın ərazi bütövlüyü ilə bağlı Rusiya və ya hər hansı digər tərəfin bu addımı təkrarlamasına dözməyəcəyik” – o bildirib.
Bizim.Media