“Çox böyük ehtimalla Azərbaycan Moskvanın dəstəyi ilə Qarabağda separatçılara qarşı yeni hərbi güc tətbiq edəcək”.
Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistan MTN-in sabiq rəhbəri David Şahnazaryan “Noyan Tapan” Youtube kanalının efirində səsləndirib.
O, bu qənaətə Azərbaycanın son təbliğatının analizi nəticəsində gəldiyini deyib.
“Onlar (Azərbaycan nəzərdə tutulur) hazırlaşırlar. Qarabağdakı qanunsuz silahlı qruplaşmalara qarşı antiterror əməliyyatına başlayacaqlar”, deyə Şahnazaryan bildirib.
Bizim.Media