Türkiyənin "Samsun" gəmisi bazar günü səhər saatlarında Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində Odessa limanını tərk edərək İstanbula doğru yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi yayıb.
Qeyd edək ki, taxıl müqaviləsinin müddəti iyulun 17-də başa çatır. Onun uzadılması isə hələ sual altındadır, çünki rəsmi Moskva uzadılmayacağı anonsunu verib.
Bizim.Media