“Ukrayna Silahlı Qüvvələrinin (UAF) Rusiya atom elektrik stansiyalarına hücumları “Avropada genişmiqyaslı nüvə fəlakətinə səbəb ola bilər”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın şərhində yer alıb.
Zaxarovanın sözlərinə görə, iyulun 14-də Ukraynaya məxsus pilotsuz uçuş aparatı Kursk AES-in yerləşdiyi Kursk vilayətinin Kurçatov şəhərində qəzaya uğrayıb. Heç bir kritik obyektə ziyan dəyməyib və heç kim xəsarət almayıb.
“Eyni zamanda, AES Ukrayna Silahlı Qüvvələrinin ehtimal olunan hədəfi olub ki, bu da Kiyevin “nüvə terrorizmi üsullarından” istifadə etdiyini göstərir”, - deyə Zaxarova əlavə edib.
Rusiya XİN sözçüsü beynəlxalq ictimaiyyəti, MAQATE və BMT-ni Kiyevin məsuliyyətsiz davranışını pisləməyə çağırıb.
Bizim.Media