İsrail Müdafiə Nazirliyi “Merkava” tanklarının Ukraynaya ötürülməsi ehtimalı ilə bağlı xəbərləri təkzib edir.
Bizim.Media xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin məlumatına görə, İsrail tanklarının Ukraynaya ötürülməsi xəbərləri yalandır.
Avropadakı müharibə nəticəsində bir neçə ölkə İDF ehtiyatlarından “Merkava” tankları almaqda maraqlı olduğunu bildirmişdi.
Bundan əvvəl mətbuatda İsrailin hərbi yardım çərçivəsində Ukraynaya müəyyən sayda “Merkava” tankı köçürdüyü barədə iddialar yayılmışdı. Lakin İsrail Müdafiə Nazirliyi belə məlumatların həqiqətə uyğun olmadığını bəyan edib.
Bizim.Media