Xaricdə təhsil alan həkimlərin dövlət xəstəxanalarında işə qəbulu UZADILDI

Xarici ölkədə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu daha bir il uzadılıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin qərarı ilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”a dəyişiklik edilib. 

İki hissəli əsas dəyişiklərdən biri proqramın müddətinin 2024-cü ilədək uzadılmasıdır.

Bu o deməkdir ki, xarici ölkədə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu 2024-cü ilədək davam edəcək. Bu qərar əhalinin icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə çıxış imkanlarını genişləndirməyə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində kadr çatışmazlığını aradan qaldırmağa və müasir müalicə üsullarını tətbiq etməyə imkan yaradacaq. 

İkinci dəyişikliyə görə həkim mütəxəssislərin fəaliyyətinin və iş şəraitinin qiymətləndirilməsi məqsədi ilə Agentliyin İdarə Heyəti sədrinin əmri ilə Monitorinq Komissiyasının yaradılması nəzərdə tutulub. Komissiya tərəfindən bir həkim-mütəxəssis üçün 6 aylıq əsaslarla monitorinq həyata keçirilir. Monitorinqdən müvəffəqiyyətlə keçdikdə həvəsləndirici əlavələrin ödənilməsi növbəti 1 il müddətinə uzadılır. Monitorinqdən müvəffəqiyyətlə keçmədikdə həvəsləndirici əlavələrin ödənilməsi dayandırılır. 

Qiymətləndirmə zamanı həkim-mütəxəssisin peşəkar fəaliyyəti və şəxsi keyfiyyətləri nəzərə alınır. Həkim-mütəxəssisin altı aylıq müddət ərzində peşəkar fəaliyyəti üzrə yerinə yetirilməli olan göstəricilərə nümunə kimi bunlar qeyd edilə bilər: 

- cərrahi ixtisaslar üzrə icra edilən əməliyyat sayının 120-dən az olmaması; 

- terapevtik ixtisaslar üzrə müayinə edilən pasiyent sayının 2400-dən az olmaması; 

- radioloq ixtisası üzə təhlil edilən nəticələrin sayının 1200-dən az olmaması; 

- anestezioloq-reanimatoloq ixtisası üzrə iştirak edilən əməliyyat sayının 240-dan az olmaması və s. 

Proqrama əsasən cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunur.

Müvafiq Qaydaya uyğun olaraq həkimlərin göstərdikləri tibbi xidmətlərin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələr yuxarıda qeyd olunan məbləğlərdən az olduqda belə həkim-mütəxəssislərə aylıq 6500 və 5000 manat həvəsləndirici əlavələr ödənilir. Məsələn, Proqram üzrə fəaliyyət göstərən ümumi-cərrahın hesablanmış aylıq həvəsləndirici əlavəsi 1000 manat təşkil etsə belə, ona 6500 manat həvəsləndirici əlavə ödənilir. 

Qaydaya uyğun olaraq həkim mütəxəssislərə işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləği 6500 və 5000 manatdan çox olduqda isə yaranacaq fərqin maliyyələşdirilməsi icbari tibbi sığorta fondunun büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Makron Ermənistana gəldi - FOTO

Makron Ermənistana gəldi - FOTO

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

Malatyada sərnişin avtobusu dərəyə aşdı - 4 ölü, 15 yaralı var - VİDEO

Malatyada sərnişin avtobusu dərəyə aşdı - 4 ölü, 15 yaralı var - VİDEO

Samir Rzayev: “Bakı–Belqrad reysi sərnişinlər üçün uğurlu olacaq”

Samir Rzayev: “Bakı–Belqrad reysi sərnişinlər üçün uğurlu olacaq”

“Air Serbia”nın baş direktoru: Bakı-Belqrad reysləri regional hava nəqliyyatında yeni imkanlar açır

“Air Serbia”nın baş direktoru: Bakı-Belqrad reysləri regional hava nəqliyyatında yeni imkanlar açır

Tonqal yandırmaq istəyən gəncin bədəni yandı - VƏZİYYƏTİ AĞIRDIR

Tonqal yandırmaq istəyən gəncin bədəni yandı - VƏZİYYƏTİ AĞIRDIR

Bakı buxtasında yelkən yarışına yekun vuruldu - FOTO

Bakı buxtasında yelkən yarışına yekun vuruldu - FOTO

“Zirə”dən vacib qələbə - VİDEO

“Zirə”dən vacib qələbə - VİDEO

Serbiyalı nazirdən Belqrad-Bakı aviareysi ilə bağlı AÇIQLAMA

Serbiyalı nazirdən Belqrad-Bakı aviareysi ilə bağlı AÇIQLAMA

Bakıdakı kütləvi dava ilə bağlı DİN-dən AÇIQLAMA

Bakıdakı kütləvi dava ilə bağlı DİN-dən AÇIQLAMA

Xırdalanda yük avtomobili PROBLEMİ: "Təhlükəli vəziyyət yaranıb" - VİDEO

Xırdalanda yük avtomobili PROBLEMİ: "Təhlükəli vəziyyət yaranıb" - VİDEO

Biləsuvarda qadın həyat yoldaşını bıçaqladı - FOTO-VİDEO

Biləsuvarda qadın həyat yoldaşını bıçaqladı - FOTO-VİDEO

Bakıda kütləvi dava - ANBAAN VİDEO

Bakıda kütləvi dava - ANBAAN VİDEO

Trampı öldürməyə cəhd edən şəxslə bağlı açıqlama: "O, dəli deyil"

Trampı öldürməyə cəhd edən şəxslə bağlı açıqlama: "O, dəli deyil"

Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda belə qarşılandı - FOTO-VİDEO

Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda belə qarşılandı - FOTO-VİDEO

Pul probleminə görə MTV-dəki verilişi bağlandı - VİDEO

Pul probleminə görə MTV-dəki verilişi bağlandı - VİDEO

Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izlədi - FOTO

Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izlədi - FOTO

Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyəti İrəvana gəlib

Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyəti İrəvana gəlib

"Bakı Marafonu 2026"nın start və finiş zonasında konsert keçirildi - FOTO

"Bakı Marafonu 2026"nın start və finiş zonasında konsert keçirildi - FOTO

ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü

ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü

Cüdo millimiz “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu

Cüdo millimiz “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu

Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?

Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?

Nəsrin Cavadzadə ərə gedir - TOYUDUR

Nəsrin Cavadzadə ərə gedir - TOYUDUR

End of content

No more pages to load

RADİO