“NATO Kiyevə dəstəyi maksimum həddə çatdıracaq, Alyans bunu qarşısına məqsəd qoyub”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Norveçin paytaxtı Osloda keçirdiyi brifinqdə deyib.
“Biz Ukraynanın əks-hücumları fonunda bu ölkəyə yardımımızı maksimum dərəcədə artırmağa fokuslanmışıq”, - deyə Blinken qeyd edib.
A.Blinkenin sözlərinə görə, müttəfiqlərin Ukraynaya artan dəstəyi həm də ehtimal edilən təcavüzlərin qarşısını almaq üçündür.
Qeyd edək ki, rəsmi Kiyev daha əvvəl əks-hücum əməliyyatlarının başlandığını elan etmişdi.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Bizim.Media