Kiyevə raket hücumu: Ölənlər var - İkisi uşaqdır - FOTO

Kiyev iyunun 1-ə keçən gecə raketlərin növbəti hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun verdiyi məlumata görə, bütün raketlər zərərsizləşdirilib, lakin onların qalıqlarının mülki binalara düşməsi nəticəsində ölənlər və xəsarət alanlar var. Rusiya silahlı qüvvələri tərəfindən Ukrayna paytaxtına edilən raket hücumu nəticəsində 3 nəfər həlak olub, 14 nəfər isə xəsarət alıb. Kiyevin 3 rayonunda binalara ziyan dəyib.

Paytaxtın Desnyansky rayonunda yaşayış binasının pəncərələri və qapıları sınıb, eyvan partlayıcı dalğa ilə qopub. Eyni zamanda, raketlərin qalıqları uşaq klinikasında, iki məktəbdə, polis bölməsində, uşaq bağçasında dağıntılara səbəb olub. Nəticədə 2-si uşaq (5-6 və 12-13 yaşlı) olmaqla 3 nəfər ölüb, 7 nəfər xəstəxanaya yerləşdirilib, daha iki nəfərə isə yerindəcə tibbi yardım göstərilib.

Kiyevin Dneprovski rayonunda isə yaşayış evi, inzibati binada dağıntılar qeydə alınıb, park edilmiş avtomobillərə ziyan dəyib, nəticədə 3 nəfər xəsarət alıb, 2-si isə xəstəxanaya yerləşdirilib.

Kiyevin Darnitsk rayonunda da mülki binalarda dağıntılar qeydə alınıb.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Britaniya kralı ilə GÖRÜŞƏCƏK: “Hər şey haqqında danışacam"

Tramp Britaniya kralı ilə GÖRÜŞƏCƏK: “Hər şey haqqında danışacam"

İlham Əliyev: “Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var”

İlham Əliyev: “Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var”

Siqaret çəkənlərə qiymətlərlə bağlı BƏD XƏBƏR

Siqaret çəkənlərə qiymətlərlə bağlı BƏD XƏBƏR

Sərxoş vəziyyətdə öz avtomobilini yandırdı, TUTULDU

Sərxoş vəziyyətdə öz avtomobilini yandırdı, TUTULDU

Musiqi yaşlanmanı ləngidir - Alzheimer və unutqanlığa qarşı FAYDALARI

Musiqi yaşlanmanı ləngidir - Alzheimer və unutqanlığa qarşı FAYDALARI

Bakıda parik taxıb cinayətlər törədən şəxs ələ keçdi – ANBAAN VİDEO

Bakıda parik taxıb cinayətlər törədən şəxs ələ keçdi – ANBAAN VİDEO

Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başladı

Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başladı

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Qəbələdə İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü KEÇİRİLİB

Qəbələdə İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü KEÇİRİLİB

Azərbaycan Gürcüstandan avtomobil idxalını KƏSKİN AZALDIB

Azərbaycan Gürcüstandan avtomobil idxalını KƏSKİN AZALDIB

Sərxan Hacıyev: U-20 dünya çempionatının final matçına ev sahibliyi etmək niyyətindəyik

Sərxan Hacıyev: U-20 dünya çempionatının final matçına ev sahibliyi etmək niyyətindəyik

Narkotik qəbul edib "BYD" sürdü, həbs edildi

Narkotik qəbul edib "BYD" sürdü, həbs edildi

Azərbaycanlı müğənni yeni evində işgüzarlığını NÜMAYİŞ ETDİRDİ - VİDEO

Azərbaycanlı müğənni yeni evində işgüzarlığını NÜMAYİŞ ETDİRDİ - VİDEO

Bakıda yolda qazılmış çuxur qəzaya səbəb oldu - ANBAAN VİDEO

Bakıda yolda qazılmış çuxur qəzaya səbəb oldu - ANBAAN VİDEO

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Xırdalanın “kompas”ı – Şəhərə bütün yollar bu at heykəlindən başlayır

Xırdalanın “kompas”ı – Şəhərə bütün yollar bu at heykəlindən başlayır

Marşrut avtobusu ilə “Jek” işçisini vurub öldürdü - Bakıda ağır QƏZA

Marşrut avtobusu ilə “Jek” işçisini vurub öldürdü - Bakıda ağır QƏZA

Tərtərdə maye qazdoldurma məntəqəsi bağlandı – FOTO/VİDEO

Tərtərdə maye qazdoldurma məntəqəsi bağlandı – FOTO/VİDEO

Liderlərin görüşündən yeni kadrlar - “Sözümüz imzamızdır” - VİDEO

Liderlərin görüşündən yeni kadrlar - “Sözümüz imzamızdır” - VİDEO

Zelenski Azərbaycana GƏLDİ – FOTO/VİDEO

Zelenski Azərbaycana GƏLDİ – FOTO/VİDEO

Rusiya Ukraynaya zərbələr endirdi: 4 ölü, 30 yaralı var – VİDEO

Rusiya Ukraynaya zərbələr endirdi: 4 ölü, 30 yaralı var – VİDEO

Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur – FOTO

Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur – FOTO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

May ayında onlar varlanacaqlar

May ayında onlar varlanacaqlar

End of content

No more pages to load

RADİO