Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakievin başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycana səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, səfər çərçivəsində N.Şakievin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak edəcəyi, həmçinin bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyi gözlənilir.
Bundan əlavə, nümayəndə heyəti Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş ofisinə baş çəkəcək və onun fəaliyyəti ilə tanış olacaq.
Bizim.Media