Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi BƏLLİ OLACAQ

Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.

Bizim.Media xəbər verir ki, yarışın sonuncu günündə əvvəlcə Formula 2 pilotları mübarizə aparacaq, sonra isə əsas mərhələ keçiriləcək. Saat 15:00-da Formula 1-də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.

Formula 1-də sıralanma mərhələsinin yekunlarına əsasən, “Ferrari”nin pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing” komandasının pilotları Maks Ferstappen və Serxio Peres ilk üçlüyü tamamlayıblar. Bu turun nəticələrinə əsasən, əsas yarışda pilotların düzülüşü müəyyənləşib.

Formula 2 üzrə birinci sprint yürüşündə isə “Preme Racing”in pilotu Oliver Berman birinci olub. O.Bermanın komanda yoldaşı Frederik Vesti yürüşü ikinci, “Hitech”in pilotu Jak Krouford isə üçüncü pillədə başa vurublar.

Formula 1-də üç mərhələdən və Bakıda təşkil olunan cari mövsümün ilk sprint yarışından sonra pilotların siyahısına “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 75 xal var. Ferstappendən 13 xal geri qalan “Red Bull Racing”in digər pilotu Serxio Peres ikinci sırada qərarlaşıb. İlk beşliyi 48 xalla Fernando Alonso (Aston Matin”), 40 xalla Luis Hamilton (“Mercedes”) və 24 xalla Karlos Saynz (“Ferrari”) qapayırlar.

Konstruktorlar kubokunun lideri isə “Red Bull Racing” (137 xal) komandasıdır. “Aston Martin” 69 xalla ikinci, “Mercedes” isə 63 xalla üçüncü pillədə yer alıb. Sonrakı yerlərdə “Ferrari” (37), “McLaren” (12), “Alpine” (8), “Haas” (7), “Alfa Romeo” (6), “Alpha Tauri” (1) və “Uilliyams” (1) komandaları qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” - 2017), Luis Hamilton (“Mercedes”-2018), Valtteri Bottas (“Mercedes” - 2019), Serxio Peres (“Red Bull Racing” – 2021), Maks Ferastappen (Red Bull Racing” – 2022) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.



Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

End of content

No more pages to load

RADİO