Aprelin 28-də Rusiyanın Ukraynanın Uman şəhərində yaşayış binasına raket hücumu nəticəsində dağıntılar altında olan insanların axtarışı başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya Ordusunun hündürmərtəbəli yaşayış binasına endirdiyi zərbə nəticəsində 23 nəfər həlak olub. Ölənlərin altısı uşaqdır.
Qeyd edilib ki, 22 nəfər dağıntılar altından çıxarılıb, bir qadın isə hələ də itkin düşmüş hesab olunur.
Bizim.Media