Mina terroru, illərdir gözü yolda qalan İTKİN AİLƏLƏRİ... – Ermənistanın gizlətməyə çalışdığı HƏQİQƏTLƏR

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ortaya çıxan mənzərə təkcə dağıntılar və viran qoyulmuş şəhərlərlə məhdudlaşmır. Bu torpaqlarda daha dərin və sistemli bir humanitar problem özünü göstərir: bir tərəfdən genişmiqyaslı mina təhlükəsi, digər tərəfdən isə gizlədilən kütləvi məzarlıqlar. Bu iki məsələ biri-birindən ayrı şəkildə deyil, Ermənistanın dövlət strategiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir.

30 ildən çoxdur gözü yolda qalan ailələr

Torpaqlarımızın işğaldan azad olunmasından sonra aparılan qazıntı və axtarış işləri nəticəsində azad edilmiş ərazilərdə 32 kütləvi məzarlığın aşkar olunması və 877 nəfərə aid insan qalıqlarının ekshumasiya edilməsi faktı vəziyyətin miqyasını açıq şəkildə göstərir. Lakin bu, hələ son deyil. Ermənistanın yüzlərlə məzarın yerini gizlətməsi minlərlə ailəni qeyri-müəyyənlik içində saxlamağa davam edir.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının SAYI


Otuz ildən artıqdır ki, minlərlə azərbaycanlı ailəsi itkin düşmüş yaxınlarının taleyi barədə heç bir dəqiq məlumat əldə edə bilmir. Bu, sadəcə emosional və ya sosial problem deyil, fundamental insan hüququnun pozulmasıdır. Beynəlxalq praktikada “bilmək hüququ” kimi tanınan prinsipə əsasən, hər bir ailə üzvü itkin düşmüş yaxınlarının taleyini öyrənmək haqqına malikdir.

Ermənistan isə bu hüququ sistemli şəkildə pozur, işğal dövründə və ondan sonra kütləvi məzarların koordinatlarını təqdim etməkdən imtina edir. Bu, məqsədli siyasətin nəticəsidir.

Beynəlxalq hüquq qarşısında məsuliyyət

Məsələni daha da ağırlaşdıran amil Ermənistanın beynəlxalq öhdəliklərini açıq şəkildə yerinə yetirməməsidir. 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyaları və Birinci Əlavə Protokolu, müharibə nəticəsində itkin düşmüş şəxslərin taleyinin araşdırılmasını, məzar yerlərinin göstərilməsini və qalıqların ailələrə qaytarılmasını tələb edir.
 

Bu öhdəliklərin yerinə yetirilməməsi isə artıq təkcə etik yox, hüquqi məsuliyyət doğurur. Ermənistanın bu davranışı beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.


Torpaqlarımıza basdırılmış gizli “düşmən”lər

Humanitar problemin digər ağır tərəfi mina təhlükəsi ilə bağlıdır. Müharibədən sonra mina xəritələrinin təqdim edilməsi məsələsi beynəlxalq müzakirələrin əsas mövzularından biri olsa da, Ermənistan uzun müddət bu çağırışlara məhəl qoymadı, guya xəritələrin onlarda olmadığı yalanını tirajladı.

Lakin bu yalanı Ermənistan silahlı qüvvələrinin general-mayoru, qondarma rejimin "ordu komandanının birinci müavini" olmuş David Manukyan Bakı Hərbi Məhkəməsində ifşa edib. O etiraf edib ki, mina xəritələri və formulyarları bir neçə nüsxədə hazırlanır, aidiyyəti strukturlara göndərilir və bu proses ciddi nəzarət altında həyata keçirilirdi. 

Doğrudur, Ermənistan yalnız təzyiqlərdən sonra müəyyən xəritələri təqdim etdi. Lakin Ermənistan tərəfindən təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib. Bu isə o deməkdir ki, təqdim edilən məlumatlar humanitar jest yox, formal və manipulyativ addımdır.

Mina terroru can almağa davam edir...

Statistik göstəricilər vəziyyətin nə qədər ciddi olduğunu açıq şəkildə ortaya qoyur. 10 noyabr 2020-ci ildən bu il aprelin 26-dək mina partlayışları ilə bağlı 261 insident qeydə alınıb. Nəticədə 423 nəfər zərər çəkib — 73 nəfər həyatını itirib, 350 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər arasında mülki şəxslərin üstünlük təşkil etməsi isə xüsusi diqqət çəkir: 230 nəfər mülki şəxs. Bu fakt bir daha sübut edir ki, minalar yalnız hərbi məqsədlər üçün deyil, mülki əhaliyə qarşı yönəlmiş vasitə kimi istifadə olunub.

Ən pisi də odur ki, minalar yenə də can almağa davam edir. Təkcə bu ilin aprel ayı ərzində üç mina hadisəsinin qeydə alınması bunun əyani sübutudur. 

Ümumilikdə isə 1991-ci ildən bu günə qədər 3400-dən çox insan mina qurbanına çevrilib. Bu rəqəmlər təkcə statistik göstərici deyil, davam edən humanitar faciənin sübutudur.
 

Minatəmizləmə əməliyyatlarının gedişində daha da aydın şəkildə məlum olur ki, onlar bir çox hallarda hərbi zərurət olmadan basdırılıb və əsas məqsəd mülki əhalini hədəfə almaq olub. Bu yanaşma minaların faktiki olaraq kütləvi qırğın vasitəsi kimi istifadə edildiyini göstərir.


Çünkki geniş ərazilərdə sistemli şəkildə basdırılmış minalar onilliklər boyu təhlükə yaratmaq potensialına malikdir. Bu isə yalnız bugünkü nəsil üçün deyil, gələcək nəsillər üçün də risk deməkdir.

İki paralel cinayət

Məzarlıqların gizlədilməsi və mina xəritələrinin təqdim olunmaması ayrı-ayrı hadisələr kimi deyil, eyni siyasətin iki istiqaməti kimi qiymətləndirilməlidir. Birincisi keçmiş cinayətlərin izlərini ört-basdır etməyə xidmət edir, ikincisi isə yeni qurbanların yaranmasına səbəb olur.

Beynəlxalq humanitar hüquqa görə, minalanmış ərazilərin xəritələrinin dərhal və tam şəkildə təqdim edilməsi tələb olunur. Ermənistanın bu öhdəlikdən yayınması isə müharibə bitdikdən sonra belə yüzlərlə insanın ölümünə, ömürlük əlil qalmasına səbəb olmağa davam edir.

Yəni, baş verənlər təsadüfi və ya nəzarətsiz proseslərin nəticəsi deyil, birbaşa dövlət səviyyəsində törədilən cinayətdir. Ermənistanın həm keçmiş hakimiyyətləri, həm də Paşinyan iqtidarı bu məsələdə birbaşa məsuliyyət daşıyır. Çünki müstəqillik dövründə Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, torpaqlarımıza minalar basdırılıb, xəritələr gizlədilib. Bu isə məsələyə hüquqi baxımdan daha ciddi yanaşma tələb edir.

Beynəlxalq ictimaiyyətin üzərinə düşən məsuliyyət

Mövcud vəziyyət bir daha göstərir ki, bu məsələ siyasi deyil, tamamilə humanitar xarakter daşıyır. Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirməyə borcludur. İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, kütləvi məzarların koordinatlarının açıqlanması və mina xəritələrinin tam şəkildə təqdim olunması ən qısa zamanda həyata keçirilməlidir.
 

Çünki burada söhbət yalnız keçmişin hesablaşmasından getmir. Bu, həm də insanların həyatının xilas edilməsi, ailələrin illərlə davam edən gözləntisinə son qoyulması və regionda real təhlükəsizliyin təmin olunması məsələsidir.


Azərbaycan bu istiqamətdə ardıcıl fəaliyyət göstərir. Lakin problemin miqyası nəzərə alındıqda, beynəlxalq ictimaiyyətin daha prinsipial və təsirli mövqe ortaya qoyması zəruridir. Humanitar hüququn selektiv tətbiqi isə bu kimi faciələrin davam etməsinə şərait yaradır...

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kosmetoloq buxaqdan qurtulmağın yollarını AÇIQLADI

Kosmetoloq buxaqdan qurtulmağın yollarını AÇIQLADI

5 yaşadək uşaq ölümləri ilə bağlı QORXUNC RƏQƏMLƏR – Əsas səbəblər BƏLLİ OLDU

5 yaşadək uşaq ölümləri ilə bağlı QORXUNC RƏQƏMLƏR – Əsas səbəblər BƏLLİ OLDU

Azad edilmiş ərazilərdə nə qədər mina aşkarlanıb?

Azad edilmiş ərazilərdə nə qədər mina aşkarlanıb?

Diplomatlar Qarabağ Universitetinin gənc müəllimi ilə bir arada – VİDEO

Diplomatlar Qarabağ Universitetinin gənc müəllimi ilə bir arada – VİDEO

“Bookline” bitən layihə yox, yenidən səhifələnən kitabdır…

“Bookline” bitən layihə yox, yenidən səhifələnən kitabdır…

Maştağadakı ruhi dispanserdən xəstələrin qaçması dezinformasiyadır - RƏSMİ

Maştağadakı ruhi dispanserdən xəstələrin qaçması dezinformasiyadır - RƏSMİ

Ana və bacısını qətlə yetirən Kainat cəzadan azad EDİLDİ

Ana və bacısını qətlə yetirən Kainat cəzadan azad EDİLDİ

Hikmət Hacıyevdən Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA

Hikmət Hacıyevdən Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində - FOTO/VİDEO

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində - FOTO/VİDEO

Mina terroru, illərdir gözü yolda qalan İTKİN AİLƏLƏRİ... – Ermənistanın gizlətməyə çalışdığı HƏQİQƏTLƏR

Mina terroru, illərdir gözü yolda qalan İTKİN AİLƏLƏRİ... – Ermənistanın gizlətməyə çalışdığı HƏQİQƏTLƏR

Paytaxtda zəncirvari qəza – VİDEO

Paytaxtda zəncirvari qəza – VİDEO

“İmişli” İdris İnqilablı ilə müqavilə BAĞLADI

“İmişli” İdris İnqilablı ilə müqavilə BAĞLADI

Göygöldə qanunsuz tikili söküldü – FOTO/VİDEO

Göygöldə qanunsuz tikili söküldü – FOTO/VİDEO

Bankların “qara siyahı”sından necə çıxmaq olar?

Bankların “qara siyahı”sından necə çıxmaq olar?

Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim DÜNYASINI DƏYİŞDİ

Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim DÜNYASINI DƏYİŞDİ

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Bakıda beynəlxalq Gənclər Forumunun iştirakçıları fləşmob keçirib - FOTO

Bakıda beynəlxalq Gənclər Forumunun iştirakçıları fləşmob keçirib - FOTO

İcraçı direktor: “Son 3 ildə BTQ 35-dən çox beynəlxalq tədbirə təşkilatçılıq edib”

İcraçı direktor: “Son 3 ildə BTQ 35-dən çox beynəlxalq tədbirə təşkilatçılıq edib”

Azərbaycanda televiziya rəhbəri həbs edildi

Azərbaycanda televiziya rəhbəri həbs edildi

Asqırarkən qığırdağını SINDIRDI, xəstəxanalıq oldu

Asqırarkən qığırdağını SINDIRDI, xəstəxanalıq oldu

İlham Haqverdiyev azadlığa buraxıldı

İlham Haqverdiyev azadlığa buraxıldı

SON DƏQİQƏ! Buraxılış imtahanları ilə bağlı QAYDA DƏYİŞDİ – Bu ildən etibarən...

SON DƏQİQƏ! Buraxılış imtahanları ilə bağlı QAYDA DƏYİŞDİ – Bu ildən etibarən...

“Sabah”ın Çempionlar Liqasındakı potensial rəqibləri BƏLLİ OLDU

“Sabah”ın Çempionlar Liqasındakı potensial rəqibləri BƏLLİ OLDU

Abbas Abbasov: BTQ dekolonizasiya məsələlərini beynəlxalq arenada fəal şəkildə təşviq edir

Abbas Abbasov: BTQ dekolonizasiya məsələlərini beynəlxalq arenada fəal şəkildə təşviq edir

End of content

No more pages to load

RADİO