Sofiyada SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı olub - FOTO/VİDEO-YENİLƏNİB 

Aprelin 25-də Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev açılış mərasimində iştirak ediblər. 

Dövlət başçıları ofis binasının rəmzi açılışını bildirən lenti kəsdilər, burada yaradılan şəraitlə tanış olublar. 

Binada ofis əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. 

Qeyd edək ki, enerji sahəsində əməkdaşlıq sürətlə inkişaf edən Azərbaycan-Bolqarıstan əlaqələrində mühüm yer tutur.  

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana sonuncu - 2022-ci il 30 sentyabr-1 oktyabr tarixli rəsmi səfəri və həmin səfər çərçivəsində Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun istismara verilməsi ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda tamamilə yeni səhifə açdı.  

Dövlətimizin başçısının bugünkü səfəri zamanı Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması isə enerji resurslarının nəqlinin daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm addımdır.

Bütün bunlar SOCAR-ın Bolqarıstandakı fəaliyyətinin genişləndirilməsi zərurətini yaradır.

Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Bolqaristan ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyanı təsdiqləyib. SOCAR-ın Bolqarıstandakı ofisinin açılması şirkətin Avropa bazarında fəaliyyətinin daha da genişləndirilməsinə mühüm töhfə verəcək. 

*** 14:18

Aprelin 25-də Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev açılış mərasimində iştirak ediblər. 














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı–Şamaxı yolunda “KamAZ” aşdı – VİDEO

Bakı–Şamaxı yolunda “KamAZ” aşdı – VİDEO

Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

İran nüvə obyektlərini bərpa edir – FOTOFAKT

İran nüvə obyektlərini bərpa edir – FOTOFAKT

Abbas Abbasovdan müstəmləkəçiliyə qarşı mübarizədə medianın rolu ilə bağlı AÇIQLAMA - FOTO

Abbas Abbasovdan müstəmləkəçiliyə qarşı mübarizədə medianın rolu ilə bağlı AÇIQLAMA - FOTO

Türkiyədə yol belə çökdü – ANBAAN VİDEO

Türkiyədə yol belə çökdü – ANBAAN VİDEO

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO

Arıqlamaq üçün ən faydalı iki bitki: Düyü və qarabaşağın fərqi nədir?

Arıqlamaq üçün ən faydalı iki bitki: Düyü və qarabaşağın fərqi nədir?

Tətil üçün ən sərfəli 3 ölkə: Həm büdcənizi qoruyun, həm də istirahətdən zövq alın

Tətil üçün ən sərfəli 3 ölkə: Həm büdcənizi qoruyun, həm də istirahətdən zövq alın

ABŞ-ın yeni sanksiyalarına Əraqçidən REAKSİYA - FOTO

ABŞ-ın yeni sanksiyalarına Əraqçidən REAKSİYA - FOTO

Vətəndaşların həyətlərində saxladığı toyuqlar da vaksin olunacaq? – RƏSMİ AÇIQLAMA

Vətəndaşların həyətlərində saxladığı toyuqlar da vaksin olunacaq? – RƏSMİ AÇIQLAMA

Kiyev ballistik raketlə VURULDU – Yaralılar var – VİDEO

Kiyev ballistik raketlə VURULDU – Yaralılar var – VİDEO

Ucuz torpaq sahələri satışa çıxarıldı: Sotu 162 manata...

Ucuz torpaq sahələri satışa çıxarıldı: Sotu 162 manata...

Tədbirdə halı pisləşən Şimali Kipr Prezidenti xəstəxanaya YERLƏŞDİRİLDİ

Tədbirdə halı pisləşən Şimali Kipr Prezidenti xəstəxanaya YERLƏŞDİRİLDİ

Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

ABŞ-İran danışıqları yenidən BAŞLAYIR

ABŞ-İran danışıqları yenidən BAŞLAYIR

DÇ-2026: İspaniya yarımfinalda – VİDEO

DÇ-2026: İspaniya yarımfinalda – VİDEO

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

End of content

No more pages to load

RADİO