“Türkiyənin yüzüncü ili təkcə bizi yox, həm də Balkanlardan Qafqaza qədər hər kəsi maraqlandırır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada vətəndaşlarla görüşü zamanı bildirib.
Nazir qeyd edib ki, Türkiyənin məqsədi bütün dünyada sülhün təmin edilməsidir:
“Biz müharibənin davam etdiyi bir vaxtda Rusiya və Ukrayna arasında “Taxıl sazişi”nin imzalanmasına şahid olduq. Biz bütün Türk dövlətlərini eyni təşkilatda birləşdirməklə xəyalı reallaşdırdıq”.
Bizim.Media