“Qarabağ və İrəvan erməniləri arasında müharibə başlayıb” – Arzu Nağıyevdən ŞƏRH

“Müharibə ancaq səngərlərdə getmədi. Sadəcə olaraq, hərbi əməliyyatlar bitdi və Azərbaycanın Zəfər Paradı ilə nəticələndi. Kapitulyasiya ilə bağlı müvafiq sənəd imzalandı".

"Noyabrın 10-da ermənilər təslimçilik aktına imza atdılar və bunu həm Azərbaycan, həm də Rusiya tərəfi təsdiqlədi. Əsas məsələ bundan ibarətdir”

Bu sözləri Bizim.Media-ya millət vəkili Arzu Nağıyev açıqladı. Əsas məsələni önə çəkən deputat digər nüanslardan da bəhs etdi.

 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Baş Qərargah rəisini istefaya göndərdi – Ermənistan çalxalanır


“Məlumdur ki, həm informasiya, yüksək texnoloji savaş yaşanırdı, eyni zamanda diaspora və diplomatik səviyədə müharibə davam edir. Ermənilər özləri haqqında yaratdıqları mifin sınmasından məmnun deyillər.

Məhz buna görə də, onlar hər bir vəchlə - istər terror, istər işğalçılıq siyasəti ilə bunu yenidən gündəmə gətirmək istəyirlər. Hətta Azərbaycanın ərazisində bir terror anklavı yaratmağa çalışırlar. 

Öz kütləvi informasiya vasitələrində sülhməramlıların guya bunlarla daha başqa formada davranışını tez-tez bölüşürlər və təbliğ edirlər. Həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən tənəzzülə uğramış Ermənistan nəyin bahasına olursa, olsun xarici havadarlarının qarşısında da özlərini doğrultmadıqlarını göstərirlər.

Eyi zamanda, işğaldan azad olunan ərazilərə vaxtı ilə sərmayə yatıran bir sıra qərb dövlət və şirkətləri var. Onlar da Qarabağ probleminin uzadılmasının marağındaydı”.

Lakin belə məkirli planların hamısının məhv olduğunu deyən Arzu Nağıyev bildirdi ki, ermənilər öz etdiklərini revanşizm kimi qələmə versələr də, ciddi bir addım ata bilmirlər. 

 

“Bundan istifadə edən bir sıra qüvvələr də var... İstənilən məlumatı yoxlamaq 5-10 dəqiqə çəkir. Onların yaydığı informasiyanı araşdırmaq o qədər də çətin deyil. Fakt odur ki, Azərbaycan perimetr üzrə özünün BMT tərəfindən təsdiq olunmuş və tanınmış sərhədinə çıxdı. 


Ermənilərin qorxduğu bir məsələ də var ki, bütün işğal olunmuş ərazilərin pasportlaşması gedəndən sonra təzminat ödəməlidirlər.

Bundan da ciddi istifadə edən, xarici və daxili siyasəti işğalçılıq, terrordan ibarət olan Ermənistan çalışır ki, hər şeyi Paşinyanın öhdəsinə buraxsınlar. Nikol isə son 2 ilə cavabdeh olduğunu bidirir”.

Millət vəkili vurğuladı ki, Paşinyan əsas problemlərin Köçəryan və Sarksyanda olduğunu bəyan edir. 

“Burda da artıq qarşıdurma var. Azərbaycanın Qarabağından köçmüş ermənilərlə Ermənistan erməniləri arasında qarşıdurma yaşanır". 

"Məlum məsələdir ki, bu müharibədir və Azərbaycanın dostları olduğu kimi düşmənləri də var. Müxtəlif xarici xüsusi xidmət orqanları bundan istifadə edirlər. Türkiyə və Azərbaycan yaxınlaşmasını istəməyənlər daha çoxdur. Biz mərhələli, planlı şəkildə öz məqsədimizə nail olmaq üçün addımlayırıq”.

Şəhidlərimizə rəhmət diləyib, qazilərə normal həyata qayıtmaq arzulayan Arzu Nağıyev onlara aid sosial problemlərin həlli ilə bağlı müvafiq işlərin görüldüyünü qeyd etdi. 

“Azərbaycan xalqı birlikdə daha güclüdür və bunu Qarabağ müharibəsində də göstərdi. Şəhadətin şərəf olmasını dünyaya nümayiş etdirdik”,- deyə millət vəkili fikrini tamamladı. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tənha qadınlar pensiyaya daha tez çıxsın - TƏKLİF

Tənha qadınlar pensiyaya daha tez çıxsın - TƏKLİF

Gündə bir sarımsaq udulsa, orqanizmdə nə baş verər?

Gündə bir sarımsaq udulsa, orqanizmdə nə baş verər?

Konqoda Ebola həyəcanı: Yoluxanların sayı 1000-i keçdi

Konqoda Ebola həyəcanı: Yoluxanların sayı 1000-i keçdi

Polşa Prezidenti sabah Türkiyəyə gedir - FOTO

Polşa Prezidenti sabah Türkiyəyə gedir - FOTO

İstədiyi qıza görə öldürülən 35 yaşlı şəxsin anasından AÇIQLAMA - VİDEO

İstədiyi qıza görə öldürülən 35 yaşlı şəxsin anasından AÇIQLAMA - VİDEO

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları

Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları

Müəllimlərin işə qəbulunda magistrlərə üstünlük verilir? – Nazirdən CAVAB

Müəllimlərin işə qəbulunda magistrlərə üstünlük verilir? – Nazirdən CAVAB

Hacı Şahinin oğlu məzun oldu - FOTO

Hacı Şahinin oğlu məzun oldu - FOTO

Şakiranı öpüşə qərq etdi - FOTO

Şakiranı öpüşə qərq etdi - FOTO

Starmeri istefaya məcbur edən əsas amillər MƏLUM OLDU

Starmeri istefaya məcbur edən əsas amillər MƏLUM OLDU

Bu həftə BÜRCLƏRİ nə gözləyir

Bu həftə BÜRCLƏRİ nə gözləyir

Vens Hörmüz boğazının hansı yolla açıq qalacağından DANIŞDI

Vens Hörmüz boğazının hansı yolla açıq qalacağından DANIŞDI

Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir

Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir

“Qalatasaray” 125 milyonluq təklifi qəbul etmədi

“Qalatasaray” 125 milyonluq təklifi qəbul etmədi

“İran buna razı olacaq” – Tramp

“İran buna razı olacaq” – Tramp

Almaniyalı futbolçu üçün dünya çempionatı başa çatdı

Almaniyalı futbolçu üçün dünya çempionatı başa çatdı

Qəbələdə maraqlı görüş: Kəmaləddin Heydərov məşhur ərəblərlə - VİDEO

Qəbələdə maraqlı görüş: Kəmaləddin Heydərov məşhur ərəblərlə - VİDEO

Messi Klozeni geridə qoyub bombardir oldu

Messi Klozeni geridə qoyub bombardir oldu

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə PUA ilə HÜCUM EDİLDİ

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə PUA ilə HÜCUM EDİLDİ

Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - VİDEO

Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - VİDEO

Respublika Psixiatriya Xəstəxanasında ÖLÜM HADİSƏSİ

Respublika Psixiatriya Xəstəxanasında ÖLÜM HADİSƏSİ

“Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir

“Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir

Lənkəranda velosipedçini maşın vurdu

Lənkəranda velosipedçini maşın vurdu

End of content

No more pages to load

RADİO