İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni reanimasiyaya yerləşdirilib.
Bizim.Media AFP-yə istinadən xəbər verir ki, bu barədə keçmiş Baş naziri müşayiət edənlərdən biri bildirib.
Onun sözlərinə görə, Berluskoni ürək problemlərinə görə çərşənbə günü reanimasiyaya yerləşdirilib.
İtaliyanın ANSA agentliyi isə bildirib ki, Milanda San Raffaele xəstəxanasına yerləşdirilən 86 yaşlı keçmiş Baş nazirinin vəziyyəti stabildir.
Bizim.Media