ABŞ-ın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi və komanda yoldaşı Rodriqo de Paul Şimali Amerikanın Major League Soccer (MLS) çempionatının Ulduzlar Matçının iştirak ərizəsindən çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, "Çikaqo Fayr" klubunun müdafiəçisi Mbekezeli Mbokazi də Ulduzlar Matçının heyətindən kənarlaşdırılıb.
MLS rəhbərliyi futbolçuların siyahıdan çıxarılmasının səbəblərini açıqlamayıb.
Bizim.Media