Aprelin 4-də Moskvada Rusiya Federasiyası xarici işlər nazirinin müavini A.V.Qruşko ilə Türkiyə xarici işlər nazirinin müavini B.Akçapar arasında görüş baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Məlumata görə, görüş çərçivəsində Rusiya-Türkiyə gündəliyinin aktual məsələləri, o cümlədən ticarət-iqtisadi əlaqələrin inkişaf perspektivləri, enerji sektorunda birgə strateji layihələrin həyata keçirilməsi müzakirə edilib.
Tərəflər həmçinin, ikitərəfli əlaqələrin mədəni və humanitar aspektlərini nəzərdən keçiriblər. Bundan əlavə, Avropa və regioanda mövcud olan problemlər də müzakirə olunub.
Bizim.Media