Kanada parlamentinin aşağı palatası Çinin uyğur əhalisi ilə bağlı vəziyyəti soyqırım kimi tanıyıb.
Bizim.Media xəbər verir ki, soyqırımla bağlı qanun layihəsini parlamentin müxalif mühafizəkarlar Partiyasından olan deputatlar təqdim ediblər.
Layihənin lehinə 266 deputatın səs verdiyi deyilir.
Səsvermə zamanı parlamentdə olan hakim Liberal Partiyasının nazirləri (onlar həmçinin deputat sayılırlar) prosesdə iştirak etməyəcəklərini vurğulayıblar.
Bizim.Media