Sənətçilər bir gecədə Türkiyə üçün 2,3 milyon avro topladı.
Fransanın paytaxtı Parisdə Türkiyənin tanınmış pianoçusu və bəstəkarı Fazıl Say da daxil olmaqla bir çox sənətçi Türkiyə və Suriyada baş verən zəlzələdən zərər görənlər üçün konsertlər verib.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, konsertdə Fransanın mədəniyyət naziri Rima Abdul-Malak da iştirak edib.
Bir gecədə 2,3 milyon avro ianə toplanıb.
“Zəlzələ qarşında tək ürək” adı altında keçirilən gecədən əldə olunan gəlir Türkiyə və Suriyada baş verən zəlzələlərdə zərər çəkənlər üçün istifadə olunacaq.
Aygün İbrahimli, Bizim.Media