Çin, Rusiya, İran və digər ölkələrin Hərbi Dəniz Qüvvələri Oman körfəzində birgə təlimlər keçirəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Çinin Müdafiə Nazirliyi yayıb.
Təlimlər martın 15-dən 19-na kimi baş tutacaq. Həmçinin İranın rəsmi dairələrindən verilən məlumatda bildirilir ki, təlimlərdə İran İnqilabı Keşikçiləri Korpusunun hərbi və dəniz qüvvələrinin iştirakı nəzərdə tutulub.
Bizim.Media