Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmiləri Xalq Cümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin tviter hesabında məlumat verilib.
“Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadənin vəfatının 68-ci ildönümündə görkəmli ictimai-siyasi xadimin məzarını ziyarət edərək, xatirəsini dərin hörmət və rəhmətlə yad etdik”, - deyə məlumatda qeyd olunub.

Bizim.Media