Bakıdan dünya ölkələrinə verilən MESAJLAR – Qoşulmama Hərəkatını Azərbaycan necə canlandırdı?

Xəbər verdiyimiz kimi, bu gün Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü keçirilib. Sammitdə Hərəkata üzv olan çoxsaylı ölkələrin liderləri və nümayəndə heyətləri iştirak ediblər.

Əvvəla Qoşulmama Hərəkatının önəmi barədə...

Məlum olduğu kimi, Qoşulmama Hərəkatı üzv sayına görə BMT-dən sonra dünyanın ən böyük təşkilatıdır. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə təşkilata sədrlik edib. Sədrliyimizin müddəti yekdil qərarla daha bir il uzadıldı. Bu faktın özü belə Azərbaycanın Hərəkata rəhbərliyinin uğurlu olduğunu görmək üçün yetərlidir.

Qoşulmama Hərəkatına sədrliyin önəmi isə özünü daha çox 2020-ci ildə, 44 günlük Vətən savaşı dönəmində göstərdi. Həmin dövrdə qoşulmayanların Azərbaycanın haqq işinə dəstəyi beynəlxalq arenada əlimizi gücləndirən önəmli faktora çevrilidi.

Bundan əlavə, 2020-ci ilin dekabr ayında Azərbaycanın çağırışı ilə təşkil olunan Qoşulmama Hərəkatının sammitində 70-dən çox ölkənin dövlət və hökumət başçıları iştirak etdi.

Həmin sammitdə bəzi inkişaf etmiş ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi” xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirildi. 

Nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.
 

MÖVZU İLƏ BAĞLI:

Qoşulmama Hərəkatının Bakı Sammiti nələrlə yadda qaldı?


Beylnəlxalq arenaya mühüm çağırışlar, Fransaya ünvanlanan siyasi mesaj

Qoşulmama Hərəkatının Bakı Sammiti “COVİD-19” qarşı mübarizəyə həsr olunsa da, müzakirələr zamanı dünyanı narahat edən bir sıra mühüm mətləblərə də toxunulub. Xüsusilə də, Prezident İlham Əliyevin dünyadakı sülh və təhlükəsizlik problemləri ilə bağlı səsləndirdiyi fikirlər diqqəti cəlb edib.

İlham Əliyev vurğulayıb ki, indi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir və onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur.

Prezident Qoşulmama Hərəkatı ölkələrinin bir çoxunun yaşadığı neokolonializm problemindən Fransanın timsalında söz açıb.

Dövlət Başçısı, Qəmər adaları, Yeni Kaledoniya və Afrikanın bir sıra bölgələrində Fransanın müstəmləkə siyasətinin davam etdiyi bildirib:

“Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.

Təbii ki, dünyanın ikinci ən böyük təşkilatının sədrinin bu çağırışının siyasi əhəmiyyəti olduqca böyükdür. Ələxsus da, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Fransanın əsl simasının bir daha dünyanın diqqətinə çatdırılması xüsusi olaraq vurğulanmalı məqamdır.

İlham Əliyevin qeyd etdiyi mühüm məsələlərdən biri də BMT sistemindəki problemlərlə bağlı olub:

“Dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun”.
 

Qeyd olunanlarla yanaşı, İlham Əliyevin sammitə qatılmaq üçün Bakıya rəsmi səfərə gəlmiş Türkmənistan, Özbəkistan, Əlcəzair, Liviya, İraq kimi ölkələrin liderləri, eləcə də BMT Baş Assambleyasının Prezidenti və Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri ilə təkbətək görüşlər keçirməsi, sadalanan ölkə və təşkilatlarla ikitərəfli əməkdaşlığın inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir.


Ümumilikdə isə, Bakının bu cür aktual məsələlərin müzakirə edildiyi dünya miqyaslı tədbirə ev sahibliyi etməsini Azərbaycanın beynəlxalq nüfuzu baxımından olduqca müsbət addım kimi dəyərləndirə bilərik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2 300 illik papirusda “Odisseya”nın bu gün məlum olmayan misraları tapıldı

2 300 illik papirusda “Odisseya”nın bu gün məlum olmayan misraları tapıldı

İşaxtaranların nəzərinə: onminlərlə vakansiya var - VİDEO

İşaxtaranların nəzərinə: onminlərlə vakansiya var - VİDEO

Xuraman Şuşalı hovuzdan görüntülərini paylaşdı – VİDEO

Xuraman Şuşalı hovuzdan görüntülərini paylaşdı – VİDEO

Azərbaycanda kənar pul köçürmələrinin həcmi artıb

Azərbaycanda kənar pul köçürmələrinin həcmi artıb

Oteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın

Oteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın

Gözünüzün içinə baxıb yalan danışırlar: Həqiqəti ustalıqla gizlədən BÜRCLƏR

Gözünüzün içinə baxıb yalan danışırlar: Həqiqəti ustalıqla gizlədən BÜRCLƏR

8 otağı, 6 hamamı var - Salah bu evdə yaşayacaq - FOTO

8 otağı, 6 hamamı var - Salah bu evdə yaşayacaq - FOTO

"Ən böyük arzum 107 yaşına kimi yaşamaqdır"

"Ən böyük arzum 107 yaşına kimi yaşamaqdır"

Pentaqon yeni silahlar alır: Dronlar lazerlərlə vurulacaq

Pentaqon yeni silahlar alır: Dronlar lazerlərlə vurulacaq

İraq silahlıları Səudiyyə Ərəbistanına hücum planından daşındı

İraq silahlıları Səudiyyə Ərəbistanına hücum planından daşındı

Çağatay Ulusoy sevgilisi Aslıhan Malbora ilə— FOTO

Çağatay Ulusoy sevgilisi Aslıhan Malbora ilə— FOTO

Gəncədə "Hundai"lar toqquşdu - 17 və 20 yaşlı gənclər xəstəxanalıq oldu

Gəncədə "Hundai"lar toqquşdu - 17 və 20 yaşlı gənclər xəstəxanalıq oldu

Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından BİR İL ÖTÜR - FOTO

Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından BİR İL ÖTÜR - FOTO

Erkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTO - VİDEO

Erkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTO - VİDEO

Lukakudan Fənərbaxçanı həyəcanlandıran addım - FOTO

Lukakudan Fənərbaxçanı həyəcanlandıran addım - FOTO

İki kriptovalyuta birjasına sanksiyaya tətbiq edildi – İrana kömək ediblər

İki kriptovalyuta birjasına sanksiyaya tətbiq edildi – İrana kömək ediblər

ABŞ məhkəməsi Trampı “müvəqqəti sakin” adlandırdı – 400 milyonluq tikintini dayandırdı

ABŞ məhkəməsi Trampı “müvəqqəti sakin” adlandırdı – 400 milyonluq tikintini dayandırdı

15 yaşlı uşağın mədəsindən çıxanlar həkimləri şoka saldı - FOTO

15 yaşlı uşağın mədəsindən çıxanlar həkimləri şoka saldı - FOTO

Azərbaycanda vergi borcları 4 milyardı keçdi

Azərbaycanda vergi borcları 4 milyardı keçdi

Ramzan Kadırovun böyük oğlu "Respublika Qəhrəmanı" oldu

Ramzan Kadırovun böyük oğlu "Respublika Qəhrəmanı" oldu

Beyləqanda kanalda boğulan yeniyetmənin ölümü ilə bağlı AÇIQLAMA

Beyləqanda kanalda boğulan yeniyetmənin ölümü ilə bağlı AÇIQLAMA

Tovuzun mərkəzində qəza: VAZ və “Kia” toqquşdu - FOTO

Tovuzun mərkəzində qəza: VAZ və “Kia” toqquşdu - FOTO

Zidanın oğlu "Leqanes"ə transfer olundu

Zidanın oğlu "Leqanes"ə transfer olundu

ABŞ-nin maliyyə naziri: "Biz İranı boğazından tutmuşuq"

ABŞ-nin maliyyə naziri: "Biz İranı boğazından tutmuşuq"

End of content

No more pages to load

RADİO