İranın hərbi hava qüvvələri sıradan çıxarılıb, hərbi dəniz qüvvələri məhv edilib, raketlərinin böyük bir hissəsi və ən əsası raket istehsalı sıradan çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-nin maliyyə naziri Skot Bessent müsahibəsində səsləndirib.
O bildirib ki, İranda ərzaq inflyasiyası 150–180%-ə çatıb, ölkə hakimiyyətinin isə artıq silahlı qüvvələri maliyyələşdirməkdə çətinlik çəkir.
O, həmçinin bəyan edib ki, yaxın günlərdə — bəlkə də elə bu gün və ya sabah — 30–60 günlük müddətə atəşkəs razılaşması əldə oluna bilər və bundan sonra Hörmüz boğazının açılması gözlənilir.
Bizim.Media