Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından BİR İL ÖTÜR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın tarixi əhəmiyyət daşıyan 2025-ci il 8 avqust görüşündən bir il ötür.

Bizim.Media xatırladır ki, həmin tarixdə üç ölkənin lideri Vaşinqton danışıqlarının nəticələrinə dair Birgə Bəyannaməyə imza atıb.

Sənəddə qeyd edilir ki, İlham Əliyev, Nikol Paşinyan və Donald Tramp "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik ediblər. Eyni zamanda Sazişin imzalanması və yekun ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu vurğulanıb.
 

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş Azərbaycanla Ermənistan arasında münasibətlərinin normallaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri hesab olunur.


Görüşün yekunlarına dair Birgə Bəyannamə tərəflərin sülh gündəliyinə sadiqliyini, qarşılıqlı münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında qurulmasına hazır olduqlarını ifadə edib.

Sənəddə güc tətbiqinin və ya güclə hədələmənin yolverilməz olduğu vurğulanır, regionun gələcəyinin əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurulmasının vacibliyi qeyd edilir.

Bəyannamənin diqqətçəkən məqamlarından biri də tərəflərin keçmiş münaqişənin yaratdığı düşmənçilik səhifəsini bağlamaq niyyətini bəyan etməsidir.

Sənəddə revanşizmə yol verilməyəcəyi, gələcək münasibətlərin sülh və əməkdaşlıq üzərində qurulacağı xüsusi vurğulanır. Bu yanaşma regionda etimad mühitinin formalaşmasına yönəlmiş mühüm siyasi mesaj kimi qiymətləndirilir.
 

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması isə uzun illər davam edən danışıqlar prosesində mühüm irəliləyiş kimi dəyərləndirilərək gələcək sülh müqaviləsinin hüquqi əsaslarının formalaşmasına xidmət edən mərhələ hesab edilir.


Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistanın birgə müraciəti əsasında ATƏT-in Minsk Qrupu rəsmən fəaliyyətini dayandırıb. Paraflanmadan sonra Azərbaycan ərazisindən Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb, Rusiya və Qazaxıstan buğdası kimi yüklər Azərbaycan üzərindən Ermənistana daşınıb. Eyni zamanda, Azərbaycan özünün neft məhsullarını Ermənistana göndərib.

Həmçinin Vaşinqton görüşünün nəticəsi kimi TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi üzrə hazırlıq işləri sürətlənib. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutunun həyata keçirilməsi üçün texniki və infrastruktur hazırlıqları davam etdirilib. Azərbaycan öz ərazisində avtomobil və dəmir yolları infrastrukturunun tikintisini genişləndirib.

Ötən dövr ərizndə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib. Bu ilin aprelində tərəflər delimitasiya üzrə təlimat layihələrini razılaşdırıblar.

Beləliklə Vaşinqtonda imzalanan sənəd təkcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması baxımından deyil, bütövlükdə regionun təhlükəsizliyi, iqtisadi inkişafı və beynəlxalq əməkdaşlıq perspektivləri üçün də strateji əhəmiyyət daşıyan siyasi faktor kimi tarixə düşüb.

Vaşinqton görüşü beynəlxalq ictimaiyyət tərəfindən də Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi istiqamətində atılan əhəmiyyətli diplomatik addım kimi dəyərləndirilir.

Ekspertlər hesab edirlər ki, sənəd tərəflərin birbaşa dialoqunun davam etdirilməsi, regionda kommunikasiya və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də yekun sülh sazişinin imzalanması istiqamətində mühüm hüquqi və siyasi baza formalaşdırıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı – VİDEO

SON DƏQİQƏ! Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı – VİDEO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

End of content

No more pages to load

RADİO