Prezident Qoşulmama Hərəkatının Zirvə görüşünü açıq elan etdi - VİDEO

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edir.

Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahmanı, Keniyanın Baş naziri Uakylif Musalia Mudavadini, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqonu, Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesanı, Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimini, Qabonun Vitse-prezidenti xanım Rouz Kristian Ossuka Rapondanı, BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçi, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi, Liviyanın Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfini, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü açıq elan edib.

10:00

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Tvitter səhifəsində tədbirlə bağlı paylaşım edib:

“Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü”.

Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.

Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə yüksəksəviyyəli nümayəndələrin iştirakı bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir.

Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.

Bizim.Media
 


 












© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 3 BÜRC zəhmətinin bəhrəsini görəcək

Bu 3 BÜRC zəhmətinin bəhrəsini görəcək

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

End of content

No more pages to load

RADİO