Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyənin cənub və cənub-şərqindəki dağıdıcı zəlzələlər nəticəsində xəsarət alanlara mümkün köməkliyi təmin etməyə hazırdır.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Hatay şəhərinə səfəri zamanı ÜST-nın baş direktoru Tedros Adanom Qebreyesus məlumat verib.
Baş direktor türk xalqı ilə həmrəy olduqlarını vurğulayıb, insan tələfatına görə başsağlığı verib.
Qebreyesus Türkiyə səhiyyə naziri Fahrettin Koca ilə fövqəladə vəziyyət zonasında çadır şəhərciklərində müvəqqəti yaşayan vətəndaşların problem və ehtiyaclarını da müzakirə edib.
Bizim.Media