Moskva vilayətində qaz stansiyasının yaxınlığına Pilotsuz Uçuş Aparatı (PUA) düşüb.
Bizim.Media xəbər verir ki, dron Kolomna rayonunda yerləşən qaz stansiyasına düşüb.
Qəza nəticəsində partlayışın baş vermədiyi bildirilib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Kolomna yaxınlığında məqsədi infrastruktur obyekti olan PUA-nın düşdüyünü təsdiqləyib.
“Bu, Qubastovo kəndi yaxınlığında baş verib, ehtimal ki, hədəf mülki infrastruktur obyekti olub, mülki infrastruktur zədələnməyib. Tələfat və dağıntı yoxdur”, - deyə qubernator bildirib.
“Mash” Teleqram kanalı PUA-nın Moskva vilayətinin Kolomna rayonundakı Voskresensk qaz-kompressor stansiyasından 100 metr kənara düşdüyünü yazıb.
Bizim.Media