Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla videokonfrans vasitəsilə danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyası yayıb.
Məlumata görə, danışıq zamanı Makron Türkiyədə baş verən dağıdıcı zəlzələlərlə bağlı Ərdoğana başsağlığı verib.
Türkiyə rəhbəri Fransanın bu müddətdə sərgilədiyi dəstək və həmrəyliyinə görə Makrona təşəkkür edib.
Tərəflər həmçinin Türkiyə-Fransa münasibətlərinə dair fikir mübadiləsi aparıblar.
Bizim.Media