Rusiya Xarici İşlər Nazirliyi ABŞ, NATO ölkələrini və Ukrayna hakimiyyətini növbəti avantürist addımlarına, xüsusən də Dnestryanı ilə bağlı yayılan xəbərlərə görə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Qurum qeyd edib ki, Dnestryanıda soydaşları, sülhməramlılar və hərbçilər üçün təhlükəsizliyə təhlükə yaradan hər hansı hərəkət Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək:
“Rusiya Silahlı Qüvvələri Kiyevin təxribatına adekvat cavab verəcək, bölgədəki soydaşlarının və sülhməramlıların müdafiəsini təmin edəcək”.
Bizim.Media