Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan xanımı ilə birlikdə Kahramanmaraşa gəlib.
Bizim.Media xəbər verir ki, Bilal Ərdoğan fəlakətdən zərər görmüş insanları ziyarət edib. O, həmçinin Azərbaycan könüllü gənclərilə də görüşərək, onlarla həmsöhbət olub.
Görüşdən sonra gənc könüllülərlə xatirə fotosu çəkilib.
Elgün Gəncimsoy, Bizim.Media, Türkiyə-Kahramanmaraş