“NATO Çinin Rusiyaya silah göndərməyi planlaşdırdığına dair işarələr görür, lakin hələlik bunu etməyib”.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
“Biz Çindən Rusiyaya hər hansı ölümcül silah tədarükünü görməmişik, lakin biz onların bunu öyrəndiklərini və planlaşdırdıqlarına dair işarələr gördük”, - deyə Baş katib bildirib.
Qeyd edilib ki, daha əvvəl ABŞ dövlət katibi Entoni Blinken də Vaşinqton administrasiyasında Çinin Rusiyaya hərbi yardım göstərməyi, habelə sanksiyalardan yayınmağa kömək etməyi nəzərdən keçirdiyini göstərən məlumatlar olduğunu iddia edib.
Bizim.Media