Türkiyənin İstanbul şəhərinin Pendik qəsəbəsində yol çöküb.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, ehtiyat tədbiri olaraq iki binanın sakinləri təxliyə edilib.
Məlumata görə, ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, küçədə işıq, su və təbii qazın verilişi dayandırılıb.
Hazırda səlahiyyətlilər çökmənin səbəblərini araşdırır.
Bizim.Media

