Türkiyədə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, görüş Prezident Sarayında baş tutub.
Qaribaşvili zəlzələ nəticəsində həyatını itirənlərlə bağlı Ərdoğana başsağlığı verib.
Nazir Gürcüstanın Türkiyəni dəstəklədiyini və ölkəsinin türk xalqı ilə həmrəy olduğunu qeyd edib.
Bizim.Media