“Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətləri çox yüksək səviyyədə inkişaf edir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Bakıda keçirilən Yaponiya İmperatoru Naruhitonun doğum gününə həsr edilmiş ziyafətdən əvvəl jurnalistlərə açıqlamasında bu ölkənin Azərbaycandakı səfiri Cuniçi Vada deyib.
Diplomat keçən il Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini xatırladıb:
“Biz növbəti 30 il üçün münasibətlərimizi müsbət istiqamətdə inkişaf etdirmək istiqamətində addımlar atacağıq. Çalışırıq ki, əlaqələr inkişaf etsin”.
Bizim.Media