Xəbər verdiyimiz kimi, NATO-nun Baş katibi Yens Stoltenberq bu ilin sentyabrında vəzifəsini tərk edəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, sonra Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson jurnalistlərə açıqlamasında alyansın növbəti Baş katibi vəzifəsinə namizəd olduğunu bildirib.
"Yaxşı fikirdir. Elan etməliyəm ki, belə bir fikir mövcuddur. Mən özümü namizəd hesab edirəm.
Bu, çox yaxşı və vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür".
Bizim.Media