Ukraynalı siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenkonun 153 milyon dollar dəyərində əmlakına həbs qoyulub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, həbs 3 rayonun elektrik şəbəkəsi səhmlərinə aiddir. Belə ki, Oksana Marçenko bu səhmləri ofşor şirkətlər vasitəsilə idarə edib.
Bundan başqa, ona məxsus 2 torpaq sahəsi, 4 ev, 10 minik avtomobili və 18 müəssisədəki əmlakına da həbs qoyulub.
Bizim.Media