ABŞ dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlər iclasında iştirak etmək üçün fevralın 23-24-də Nyu-Yorka gedəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Blinken təşkilatın Baş katibi Antoniu Quterreşlə də görüşəcək.
ABŞ dövlət katibi BMT Baş katibi ilə taxıl sazişinin genişləndirilməsi imkanlarını müzakirə edəcək.
Tərəflər həmçinin Ukraynaya genişmiqyaslı iqtisadi, hərbi və humanitar dəstəyi müzakirə edəcəklər.
Bizim.Media