Mədəniyyət Nazirliyindən Xalq artistinin vəfatı ilə bağlı NEKROLOQ

Mədəniyyət Nazirliyi Xalq artisti Ramiz Novruzun vəfatı ilə bağlı nekroloq yayıb.

Bizim.Media xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə, ölkəmizin teatr ictimaiyyətinə ağır itki üz verib. Görkəmli sənətkar, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz 67 yaşında vəfat edib.
Ramiz Qəvvam oğlu Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonu Səmədabad qəsəbəsində anadan olub.

1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alıb. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət teatrına göndərilib. O, 1981-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub.

Ramiz Novruz xalqımız üçün ağrılı-acılı mövzularda bir neçə pyes yazıb.

İlk pyesi olan “At ilinin birinci ayı” adlı 20 Yanvar hadisələrindən bəhs edən pyesi 1992-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1996-cı ildə yazdığı “Hələ sevirəm deməmişdilər” pyesi 2002-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

Bundan əlavə Eduardo de Filipponun “Silindr” əsərini rus dilindən azərbaycan dilinə tərcümə edərək rejissor kimi uğurla tamaşaya qoyub, həmçinin bu əsərdə Atilio rolunu ifa edib.

Beynəlxalq teatr festivallarının mükafatçısı olub.

Ramiz Novruzun yaradıcılığının bir qolunu kino fəaliyyəti təşkil edir. Görkəmli sənətkar “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov, “Cavad xan” filmində general Sisyanov və s. bir sıra filmlərdə müxtəlif yaddaqalan obrazlar yaradıb.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Allah rəhmət eləsin!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakən kanat yolunun inşasına başlanıldı - RƏSMİ

Balakən kanat yolunun inşasına başlanıldı - RƏSMİ

Bakıda 1 aylıq körpə xəstəxanada vəfat etdi

Bakıda 1 aylıq körpə xəstəxanada vəfat etdi

Mülki sığorta üzrə ödəmələrdə ENİŞ – Qəzaların sayı azalıb, yoxsa...

Mülki sığorta üzrə ödəmələrdə ENİŞ – Qəzaların sayı azalıb, yoxsa...

İsmayıllıda 43 yaşlı kişi İTKİN DÜŞDÜ - FOTO

İsmayıllıda 43 yaşlı kişi İTKİN DÜŞDÜ - FOTO

Tanınmış həkim vəfat etdi – FOTO

Tanınmış həkim vəfat etdi – FOTO

Azərbaycanlı müğənni hovuzdan görüntüsünü yaydı - VİDEO

Azərbaycanlı müğənni hovuzdan görüntüsünü yaydı - VİDEO

Dəmir yolundan istifadə edən sərnişinlərin NƏZƏRİNƏ – 9, 10, 11 may tarixlərində...

Dəmir yolundan istifadə edən sərnişinlərin NƏZƏRİNƏ – 9, 10, 11 may tarixlərində...

Yaşı 50-dən yuxarı olanlar üçün MÜHÜM XƏBƏR

Yaşı 50-dən yuxarı olanlar üçün MÜHÜM XƏBƏR

Mayın 9-da Moskvada mobil internet OLMAYACAQ

Mayın 9-da Moskvada mobil internet OLMAYACAQ

Riçard Gir Bakıda keçiriləcək WUF13-ə DƏSTƏK VERDİ

Riçard Gir Bakıda keçiriləcək WUF13-ə DƏSTƏK VERDİ

Bakıda avtobus zolaqlarında çəkilən yeni xətlər NƏYİ İFADƏ EDİR? - VİDEO - FOTO

Bakıda avtobus zolaqlarında çəkilən yeni xətlər NƏYİ İFADƏ EDİR? - VİDEO - FOTO

İran ABŞ-ın təklifinə bu gün cavab verəcək?

İran ABŞ-ın təklifinə bu gün cavab verəcək?

“Bayern”-PSJ oyunu niyə yarımçıq dayandırıldı? – Telekanaldan rəsmi CAVAB

“Bayern”-PSJ oyunu niyə yarımçıq dayandırıldı? – Telekanaldan rəsmi CAVAB

“Pəri” şadlıq sarayının fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

“Pəri” şadlıq sarayının fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Ukrayna PUA-ları Bryansk və Rjevə zərbə endirdi: 13 yaralı var

Ukrayna PUA-ları Bryansk və Rjevə zərbə endirdi: 13 yaralı var

Dünyanın ən gözəl kəndi seçildi – Fotolar

Dünyanın ən gözəl kəndi seçildi – Fotolar

Əvvəl 40 gün çəkmişdi, bu dəfə iki günə bitdi... – Növbəti nə vaxt BAŞLAYACAQ?

Əvvəl 40 gün çəkmişdi, bu dəfə iki günə bitdi... – Növbəti nə vaxt BAŞLAYACAQ?

Azərbaycandan Ermənistana alüminium və taxıl yola salındı

Azərbaycandan Ermənistana alüminium və taxıl yola salındı

Vəfa Mustafayev vəfat ETDİ

Vəfa Mustafayev vəfat ETDİ

Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi BAŞLADI

Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi BAŞLADI

FİFA-nın transfer qadağası ilə bağlı “Neftçi”dən AÇIQLAMA - FOTO

FİFA-nın transfer qadağası ilə bağlı “Neftçi”dən AÇIQLAMA - FOTO

Gəncədə “qızqaçırma” zamanı 23 yaşlı gənci bıçaqlayan şəxs saxlanıldı

Gəncədə “qızqaçırma” zamanı 23 yaşlı gənci bıçaqlayan şəxs saxlanıldı

“Zeyxur” komandası respublika üzrə ikinci oldu - FOTO

“Zeyxur” komandası respublika üzrə ikinci oldu - FOTO

Minlərlə insan yaşayırdı, birdən-birə tərk edildi - Fotolar

Minlərlə insan yaşayırdı, birdən-birə tərk edildi - Fotolar

End of content

No more pages to load

RADİO