İran İslam Respublikasının Praqadakı səfirliyinin tədbirində gərgin anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, bu barədə video görüntüləri “Azad İran” yayıb.
Məlumata görə, fevralın 14-də Çexiyada yaşayan etirazçı iranlılar ölkənin Praqadakı səfirliyinin inqilabın ildönümü ilə bağlı təşkil etdiyi mərasimə gələrək öz etirazlarıni bildiriblər.
Belə ki, etirazçılardan biri uca səslə Molla rejimini vətəndaşları qətl etməkdə ittiham edib:
"Hamısı vətən satqınlarıdır. İran rejimi terrorçudur. Siz terrorçu dəstəsisiniz. Siz xalqın qan pulu ilə burada əylənirsiniz. İranda çoxlu insanı qətlə yetiribsiniz!"
Bizim.Media