"Ukrayna bir neçə aydan sonra iri miqyaslı hücuma keçməyə hazır olacaq".
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov jurnalistlərə açıqlamasında qeyd edib.
Nazir bildirib ki, bəzi silahlardan istifadə təlim tələb etdiyindən Ukrayna ordusunun bir neçə ay zamana ehtiyacı var:
"Sonra isə biz tam hazır olacağıq və Baş Qərargahın rəhbərliyi altında müharibənin gedişatında müəyyən dönüşlərə şahid olacağıq”.
Bizim.Media