Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşın Pazarcık rayonunda baş verən və 10 şəhəri əhatə edən 7,7 bal gücündə zəlzələdən sonra təbii fəlakət bölgəsindəki vilayətlərə gedib.
Bizim.Media xəbər verir ki, Ərdoğan bu gün zəlzələnin baş verdiyi Kilisdəki dövlət xəstəxanasına baş çəkib.
Türkiyə lideri bölgədə aparılan axtarış-xilasetmə işlərindən sonra dağıntılar altından şıxarılan yaralıları xəstəxanada ziyarət edib.
Bizim.Media