Lavrov: “Azərbaycan işğal olunmuş ərazilərini geri qaytardı” - VİDEO

“Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi. Azərbaycan torpaqlarını geri qaytardı”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

Lavrov Ermənistanın Azərbaycanın 7 rayonunu işğal etdiyini vurğulayıb:

“Azərbaycan ərazilərini geri qaytardı. Ermənistan və Azərbaycan Qafqazda vəziyyətin stabilləşdirilməsi yollarını axtarmağa davam edərkən KTMT kömək etməyə hazırdır. Ötən ilin sentyabrında toqquşma zamanı hər iki tərəfdən 300-ə yaxın insan həlak olmuşdu.
Biz Ermənistanın xahişini aldıq. KTMT-nin Baş katibi xüsusi ekspertlər missiyası ilə Ermənistanla Azərbaycan sərhədinə getdi və KTMT-nin missiyasının Ermənistanın Azərbaycanla sərhəd hissəsində yerləşdirilməsi planını gətirdi. Bu plan kifayət qədər çoxdan hazır idi. Lakin Ermənistan tərəfi bizi tələsdirmədi və yekunda İrəvanda sammitdə biz müvafiq qərarla bunu bitirdik”.

Rusiya XİN rəhbəri eyni zamanda, Ermənistanın bu qərarda Azərbaycanın qəti şəkildə qınanılmasını şərt kimi qoyduğunu və KTMT ölkələrinin buna razı olmadıqlarını da xatırladıb:

“Ona görə yox ki, kimisə himayə edək, kiməsə dəstək olmayaq. Sadəcə Qarabağ müharibəsinin tarixi onilliklərlə dərinə gedir. Uzun illər Ermənistan Azərbaycanın yeddi rayonunu işğal etmişdi. Sonra Rusiya çoxsaylı variantlar təklif etmişdi ki, əvvəlki Ermənistan rəhbərliyi bunu çox müsbət qarşılamamışdı, həmin əraziləri, hansı ki, onlar heç vaxt iddia etmirdilər, əllərində saxlamağı arzulayırdılar. Bəli, Azərbaycan ona məxsus torpaqları geri qaytardı”.

Lavrov Ermənistan və Azərbaycanın Avropa İttifaqı ilə birlikdə sülh müqaviləsini bağlamağa hazır olduqları haqqında sənədi imzaladıqlarını və həmin sənəddə sülh müqaviləsinin 1991-ci ilin Almatı Bəyannaməsinin şərtləri əsasında imzalanacağını xatırladıb:

“Bizə hətta gələcək addımları müəyyənləşdirmək çətindir. Çünki Almatı Bəyannaməsində deyilir ki, yeni dövlətlər arasındakı sərhədlər Sovetlər İttifaqına daxil olan Sovet Respublikalarının inzibati sərhədləri olacaq.

Dağlıq Qarabağ Muxtar Vilayəti isə Azərbaycan Sovet Respublikasının tərkibində olub. Ona görə də, burada vəziyyət çoxqatlıdır. KTMT-nin bu sadə olmayan vəziyyətdə sülhməramlı missiyasının yerləşdirilməsi planını hazırlaması faktı, düşünürəm ki, çox vacib nailiyyətdir.
Bu təklif hələ də masa üzərindədir. Əgər bizim ermənistanlı müttəfiqlərimiz, dostlarımız əvvəlki kimi bunda maraqlıdırlarsa, bunu (KTMT sülhməramlı missiyasını-red) bir-iki gün ərzində yerləşdirmək olar”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il ixtisas seçimində hansı qrupda rəqabət YÜKSƏK olacaq? - VİDEO

Bu il ixtisas seçimində hansı qrupda rəqabət YÜKSƏK olacaq? - VİDEO

Quru sərhədləri niyə hələ də açılmır?

Quru sərhədləri niyə hələ də açılmır?

Bu bürcləri xoş xəbərlər gözləyir

Bu bürcləri xoş xəbərlər gözləyir

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

End of content

No more pages to load

RADİO