Türkiyə Böyük Millət Məclisinin rəsmisinin ölkəmizə səfəri başlayıb – FOTO 

Yanvarın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər. 

Milli Məclisdən Bizim.Media-ya verilən xəbərə görə, qonaqları salamlayan Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin daim inkişaf etdiyini deyib.  

O, ölkələrimiz arasındakı bu münasibətin bütün dünya üçün nümunə olduğunu söyləyib. Komitə sədri Azərbaycanla Türkiyənin münasibətlərinin gücləndirilməsində hər iki ölkənin başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu olduğunu vurğulayıb.

Diqqətə çatdırılıb ki, dövlət başçılarımız ümumbəşəri siyasət yürüdürlər. Bu siyasət insanlığa, sülhə və əmin-amanlığa xidmət edir. 

Tahir Rzayev, eyni zamanda, özünü Azərbaycanın din qardaşı adlandıran İranın ölkəmizin uğurlarına qısqanclıqla yanaşdığını söyləyib. O, Azərbaycanın İrandakı səfirliyində baş verən silahlı basqını diqqətə çatdırıb. 

TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım ölkəmizə səfər etməsindən məmnunluğunu ifadə edib. Azərbaycanın İrandakı səfirliyində baş verən terroru lənətlədiyini vurğulayan Şamil Ayrım bildirib ki, bu hadisə Vyana Konvensiyasının yerinə yetirilmədiyini, təhlükəsizliyin təmin edilmədiyini göstərir. O, Azərbaycanın İrandakı səfirliyinə edilən hücumun çox kədərli bir hadisə olduğunu qeyd edib. 
Şamil Ayrım bildirib ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil, Türkiyədə də həmin Türkiyə deyil. Biz nə edəcəyimizi bilirik. Bu coğrafiyada Türkiyə-Azərbaycan həmrəyliyini heç kim poza bilməz. Ölkələrimiz arasındakı birlik Türk dövlətləri arasında əlaqələrin daha da canlanmasına səbəb olub. 

Söhbət zamanı Şamil Ayrım, həmçinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanda və Türkiyədə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. 

Görüşdə iştirak edən Milli Məclisin deputatları Eldar İbrahimov, Emin Hacıyev, Müşfiq Cəfərov, Aydın Hüseynov və İqbal Məmmədov iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələri barədə fikirlərini bölüşüblər. 

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da danışılıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il ixtisas seçimində hansı qrupda rəqabət YÜKSƏK olacaq? - VİDEO

Bu il ixtisas seçimində hansı qrupda rəqabət YÜKSƏK olacaq? - VİDEO

Quru sərhədləri niyə hələ də açılmır?

Quru sərhədləri niyə hələ də açılmır?

Bu bürcləri xoş xəbərlər gözləyir

Bu bürcləri xoş xəbərlər gözləyir

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

End of content

No more pages to load

RADİO