NATO Azərbaycanın İrandakı səfirliyinə qarşı hücumu pisləyib.
Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina rəsmi “Twitter” hesabında qeyd edib.
“Diplomatik nümayəndəliklərə qarşı zorakılıq aktları qəbuledilməzdir. Ölən şəxsin ailəsinə başsağlığı veririk” – deyə diplomat bildirib.
Bizim.Media