Vasif Durarbəyli Azərbaycan çempionatının lideridir - FOTO 

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında 4-cü turun görüşləri keçirilib.

Bizim.Media xəbər verir ki, hesabat turunda mərkəzi görüş Vasif Durarbəyli ilə turnirin reytinq favoriti Nicat Abasov arasında olub. 

Çempionatın lideri olan V.Durarbəyli ardıcıl dördüncü qələbəni qazanmaqla birinci pilləni qoruyub. Şiroğlan Talıbov ağ fiqurlarla Xəzər Babazadəni, Vüqar Əsədli qaralarla Ülvi Sadıqovu, Məhəmməd Muradlı Fariz Əhmədovu üstələyib. Əhməd Əhmədzadə qara fiqurlarla İsmayıl Şahəliyevə uduzub. İsmayıl Qurbanov isə Murad İbrahimliyə təslim olmaqla turu xalsız başa vurub. 

4-cü tur çempionatın debütantı Xaqan Əhmədin ilk heç-heçəsi əlamətdar olub. Ardıcıl üç məğlubiyyətdən sonra 12 yaşlı şahmatçı Şahin Vəliyevlə xalı yarı bölüb. Digər oyunlara gəlincə, Eltac Səfərli-Aydın Süleymanlı, Abdulla Qədimbəyli-Vüqar Manafov, Fərid Mustafayev-Elvin Bayramov arasında oynanılan partiyalar heç-heçə ilə yekunlaşıb.  
4 turdan sonra Vasif Durarbəyli maksimum xalla birinci pillədə qərarlaşıb. İkinci pillədəki Şiroğlan Talıbov liderdən 1 xal geri qalır. 3-7-ci yerləri bölüşdürən Aydın Süleymanlı, Vüqar Əsədli, Eltac Səfərli, İsmayıl Şahəliyev, Məhəmməd Muradlının aktivində 2,5 xal var. Nicat Abasov, Ülvi Sadıqov, Vüqar Manafov, Elvin Bayramov, Xəzər Babazadə, Abdulla Qədimbəyli və Murad İbrahimli 2 xal toplayıb.  

Növbəti pillələrdə hərəyə 1,5 xalı olan Əhməd Əhmədzadə, Fariz Əhmədov, Fərid Mustafayev qərarlaşıb. Şahin Vəliyevin cəmi 1 xalı var. Turnirin son pillələrində İsmayıl Qurbanovla Xaqan Əhməd yer alıb (hərəyə 0,5 xal).  
Xatırladaq ki, 9 turdan sonra ilk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcək. Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

End of content

No more pages to load

RADİO