Xankəndidə “talon sistemi” tətbiq edildi: Hədəf nədir? - ARAŞDIRMA

Bu gündən Xankəndində ərzaq məhsulları talonla satılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan özünün Facebook səhifəsindəki dünənki paylaşımında deyib.

O bildirib ki, son 1 ayda Xankəndi və digər ermənilərin yaşadığı ərazilərdə ərzaq qıtlığı yaranıb. Ona görə də yerli qurumlar sərt tədbirlər həyata keçirmək zorunda qalıb.
Vardanyanın bu şou-müraciəti əslində siyasi məqsədlər daşıyır.

Birincisi
ona görə ki, Vardanyan iddia edir ki, “humanitar böhran” dekabrın 12-dən sonra yaranıb. Yəni, azərbaycanlıların Şuşa-Xankəndi yolunda dinc aksiyaya başlamalarından sonra vəziyyət “pisləşib”. Halbuki, aksiyanın davam etdiyi 1 aya yaxın müddətdə “humanitar dəhliz” bağlanmayıb. Əksinə, hər gün ən azı 15-20 yük avtomobili Xankəndinə buraxılır. Bu da 20-30 min əhalinin ərzaq təminatı üçün kifayət qədər böyük daşımadır.

İkincisi, Vardanyan bu addımı atmaqla Xankəndindəki “humanitar böhranı”  beynəlxalq aləmin diqqətinə çatdırmaq istəyir. Yəqin ki, yaxın günlərdə Fransa, Rusiya və erməni diasporunun güclü olduğu ölkələrdə Azərbaycana qarşı çirkin kampaniya başlayacaq.

Üçüncüsü, separatçılar bunu Şuşa-Xankəndi yolunda davam edən humanitar aksiyaya adekvat addım kimi görür. Guya azərbaycanlılar aksiyanı davam etdirəcəkləri təqdirdə Qarabağdakı ermənilər də dinc dayanmayacaqlar.

Təsadüfi deyil ki, Qarabağda talon sisteminə keçirilməsi xəbərini Ermənistan mətbuatı artıq neçə gündür ki, manşetlərə daşıyıb.

Bu da onu göstərir ki, Vardanyanın bu addımı rəsmi İrəvanla və xaricdəki maraqlı qüvvələrlə razılaşdırılıb.

Hədəf də odur ki, onlar bu addımları ilə dünya ictimaiyyətinə çatdırmaq istəyirlər ki, guya Azərbaycan Qarabağı blokadaya alıb və dinc əhalini çörəklə sınağa çəkir. Beləcə, separatçılar Azərbaycanı dünyanın qınağına tuş gətirmək istəyirlər.

“Qarabağ klanı”na total hücum

Lakin, burda bir maraqlı məqam da var. Vardanyan məlum müraciətində bəzi erməniləri iqtisadi sabotajda ittiham edib. Beləki, o bildirib ki, bəzi imkanlı erməni benzini evlərində gizlədərək ancaq öz yaxınlarının istifadəsinə verirlər, bir çox mağaza sahibi isə malları məqsədli şəkildə gizlədir və sair. 

Məlum olduğu kimi hazırda separatçılara faktiki olaraq Vardanyan rəhbərlik edir.

O da öz yerini möhkəmlətmək məqsədi ilə “Qarabağ klanı”nı neytrallaşdırmaq istəyir. 3 gün öncə “Qarabağ klanı”nın ən son liderlərindən biri olan Balasanyan vəzifəsini itirdi. Lakin, onun ermənilər arasında kifayət qədər təsir imkanları var. Vardanyan son addımı ilə Balasanyan kimiləri “iqtisadi sabotajçı” kimi “ifşa” etmək istəyir. Bu hesaba da separatçıların vahid lideri olmağa nail olmaq istəyir.

O öz qərarlarını Paşinyanla da razılaşdırır.

Çünki, erməni baş nazir də “Qarabağ klanı”ndan qurtulmaq istəyir. Təsadüfi deyil ki, Yeni ilin ilk günündə erməni mətbuatı belə bir məlumat yaydı ki, Vardanyan Paşinyana 150 milyon dollar ianə edib.
Bütün bunlarsa onu göstərir ki, Robert Vardanyanın həm dünənki videomüraciəti, həm də bu günkü talon qərarının konkret hədəfləri var. Bunun birinci hədəfi Azərbaycana qarşı yeni qarayaxma kampaniyasıdırsa, ikinci məqsədi “Qarabağ klanı”nın sonunu gətirməkdir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

DİM rezidentura namizədlərinə müraciət etdi

DİM rezidentura namizədlərinə müraciət etdi

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

Deputatın adından DƏLƏDUZLUQ

Deputatın adından DƏLƏDUZLUQ

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

TƏCİLİ! Samuxda zəhərlənənlərin son durumu AÇIQLANDI

TƏCİLİ! Samuxda zəhərlənənlərin son durumu AÇIQLANDI

End of content

No more pages to load

RADİO